ABŞ-nin Ukraynada sülhməramlı missiyanın bir hissəsi kimi Amerika qoşunlarının yerləşdirilməsi ilə bağlı “qırmızı xətləri” yoxdur.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yüksək vəzifəli məmura istinadən “Politico” qəzeti yazıb.
“Düşünmürəm ki, qırmızı xətlər var. Bunları hələ müəyyənləşdirmək lazımdır. Prezident Donald Tramp avropalıların aktivləşməsini istəyərdi. Amma pazlım son parçası ABŞ-nin müəyyən müddətə sülhməramlı qüvvələrdə iştirakı olsaydı, o, bunu edərdi”, - mənbə bildirib.