• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan güləşçisi dünya çempionatında medal qazandı

İDMAN

19 Avqust 2025 | 20:51 | Müəllif: Gülşən Şərif

Azərbaycan güləşçisi dünya çempionatında medal qazandı

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha bir sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. O, həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026