• Bakı 25° C

    8.88 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Qadın güləşçimiz dünya çempionatında bürünc medal qazana bilər

İDMAN

19 Avqust 2025 | 23:31

Qadın güləşçimiz dünya çempionatında bürünc medal qazana bilər

 Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazana bilər.

Bakıvaxtı.az xəbər verir ki, Günay Qurbanova (59 kq) debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb – 6:0.

Güləşçimiz daha sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. İsveçli Karin Samuelssonla qarşılaşma gərgin mübarizə şəraitində keçib.

Son saniyələrdə qayda pozuntusuna görə üstünlüyü əldən verən Günay qələbədən məhrum olub – 7:8.

Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.


SON XƏBƏRLƏR

19 Avqust 2025