Cənubu Koreyanın yeni prezidenti Li Çje Myon KXDR-ə qarşı barışdırıcı siyasət aparır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Dövlət başçısının ofisindən bildirilib ki, Li Çje Myon administrasiyası Koreya yarımadasında sülhün təmin edilməsi üçün hər hansı eqoist maraqlardan deyil, həm Cənub, həm də Şimal üçün sabitlik və firavanlıq naminə fəal tədbirlər görür.
"Hökumət Koreya yarımadasında dinc yanaşı yaşama və birgə çiçəklənmənin yeni erası naminə düşmənçilik və qarşıdurma dövrünü geridə qoyacaq”, - məlumatda vurğulanır.