• Bakı 29° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Trampdan Putinə: Bu məsələni Zelenski ilə müzakirə et!

DÜNYA

20 Avqust 2025 | 09:27

Trampdan Putinə: Bu məsələni Zelenski ilə müzakirə et!

ABŞ Prezidenti Donald Tramp dünən telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinə ərazi tələblərinin birbaşa Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə edilməli olduğunu deyib.

Bakıvaxt.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Amerika prezidenti həmçinin Rusiya liderinə bu məsələdə “realist” olmağı tövsiyə edib.

Eyni zamanda qeyd edilir ki, Trampın Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşünün əsas mövzusu təhlükəsizlik zəmanətləri olub. ABŞ və AB etiraf edir ki, Putin üçün ən çətin şey Avropa qoşunlarının Ukraynada olmasına razılıq vermək, Zelenski üçün isə mümkün ərazi güzəştləri məsələsi olacaq.


SON XƏBƏRLƏR

19 Avqust 2025