• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Masallıda 39 kiloqram narkotik vasitə aşkarlanıb

HADİSƏ

21 Iyul 2025 | 17:10

Masallıda 39 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı rayonunda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Rüstəm Abdullayev saxlanılıb. Onun üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən ümumilikdə 39 kiloqram çəkidə, tərkibinə psixotrop maddələr qatılmış marixuana aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı R.Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Masallı rayonu ərazisində götürdüyünü və onları müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR