• Bakı 27° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Beyləqanda narkotik təsiri altında taksi sürən şəxs həbs edildi

HADİSƏ

21 Iyul 2025 | 09:46

Beyləqanda narkotik təsiri altında taksi sürən şəxs həbs edildi

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib.

Bu barədə  Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü İ.Səfərova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.
İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.


SON XƏBƏRLƏR