Bakının Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd dilib ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.