• Bakı 28° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb

HADİSƏ

19 Avqust 2025 | 14:30

Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb

Bakıda 46 yaşlı kişi qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 19-da saat 02 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR