• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu şirkətin anbardarı həbs edilib - 50 minlik yeyinti

HADİSƏ

19 Avqust 2025 | 15:15

Bu şirkətin anbardarı həbs edilib - 50 minlik yeyinti

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax regional anbarının satıcı-anbardarı həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hikmət Fətəliyev şirkətin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Burada söhbət 50 min manatdan artıq yeyintidən gedir. Satıcı anbardar prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 309 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

İttihamların ağırlığı da nəzərə alınaraq H.Fətəliyev barəsində həbs qərarı verilib. Təqsiri sübuta yetirilsə və ziyan ödənilməsə, o, 5 ildən 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026