Bakı şəhərində yol-nəqliyyat hadisəsi ilə əlaqədar tətbiq olunan hərəkət məhdudiyyəti ləğv olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospektində – “Koroğlu” körpüsünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən Aeroport şosesi və Qara Qarayev prospekti istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət artıq aradan qaldırılıb.
***
10:47
Nizami rayonu, Heydər Əliyev prospekti, "Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Verilən məlumata görə, qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Hazırda polis əməkdaşları hadisə yerindədir və qəza törədən avtomobilin yoldan kənarlaşdırılması işləri görülür.