• Bakı 27° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb

HADİSƏ

21 Iyul 2025 | 14:38

Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


    SON XƏBƏRLƏR