• Bakı 27° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Culfada sürücü ana və qızını vurub

HADİSƏ

21 Iyul 2025 | 15:07

Culfada sürücü ana və qızını vurub

Culfa rayonunda avtomobil iki piyadanı vurub

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Rəhimov Naim Əlirza oğlu idarə etdiyi BMW markalı avtomobil ilə həmin kənd sakinləri -1981-ci il təvəllüdlü Kələntərova Tərifə Camal qızı və onun qızı, 2017-ci il təvəllüdlü Kələntərova Nur İlham qızını vurub.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

N. Kələntərovanın vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə təxliyyə olunub.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


SON XƏBƏRLƏR