• Bakı 26° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Sumqayıtda 14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü

HADİSƏ

21 Iyul 2025 | 18:49

Sumqayıtda 14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü

Sumqayıtda faciəvi hadisə baş verib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Məcidov Azər dənizdə çimərkən qəfil qıcolma (epileptik tutma) keçirib.

Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlı suya girdikdən dərhal sonra epileptik tutmaya məruz qalıb və huşunu itirib. Yaxınları dərhal kömək göstərməyə çalışsalar da, vəziyyət ağır olub.

Azyaşlı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


SON XƏBƏRLƏR