• Bakı 29° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

DİN: Son iki gündə 73 cinayət faktı qeydə alınıb, 58 nəfər saxlanılıb

HADİSƏ

21 Iyul 2025 | 10:00

DİN: Son iki gündə 73 cinayət faktı qeydə alınıb, 58 nəfər saxlanılıb

İyulun 19-u və 20-də ölkə ərazisində ümumilikdə 73 cinayət hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin də açılması təmin olunub.

Həmin müddət ərzində axtarışda olan ümumilikdə 44 nəfər saxlanılıb və aidiyyəti üzrə təhvil verilib. Onlardan 20-si borclu şəxs qismində axtarışda olanlardır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması üzrə isə 5 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılaraq istintaqa cəlb olunub.


SON XƏBƏRLƏR