• Bakı 24° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Kənddə toy qanla bitdi: gəlin güllələndi, bəy isə... 

HADİSƏ

23 Iyun 2025 | 09:05

Kənddə toy qanla bitdi: gəlin güllələndi, bəy isə... 

Ötən gün Fransanın Lüberon əyalətinin Qoult kəndində toy mərasimi zamanı atəş səsləri eşidilib. 

Bakıvaxtı.az “LeParisien.fr”ə istinadən xəbər verir ki, məclis zamanı dörd nəfər əli silahlı hücum edərək, cütlüyə atəş açıblar. Gəlin güllələnib, əri isə yaralanıb.

Faciə zamanı azyaşlı və digər qonaq da yaralanıb. Atışmanı törədənlərin tapılması üçün böyük polis qüvvələri cəlb olunub. 
Qoult kəndinin sakini Daniel hadisə barədə danışıb:

"Biz onların atəşfəşanlıq etdiklərini eşitdik, sonra yenidən yuxuya getdik. Və səhər saat 4:40-da hərbi silahlardan gələn atəş səslərinə oyandıq. Toy idi, gəlin öldü!".

A.Baxış


SON XƏBƏRLƏR