• Bakı 25° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Nicat İbrahimə hökm oxunub

HADİSƏ

22 Iyul 2025 | 11:30

Nicat İbrahimə hökm oxunub

Bakıda bıçaqla qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili Zibeydə Sadıqova çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Nicat İbrahim son söz deyib. O, məhkəmədən bəraət istəyib.

Məhkəmənin hökmünə əsasən, Nicat İbrahimə ittiham olunduğu 126.2.4-cü maddə üzrə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun təqsirləndirildiyi 221.3-cü maddəyə isə xitam verilib.

Xatırladaq ki, dövlət ittihamçısı Nicat İbrahimin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən ilin sentyabrında yanacaqdoldurma məntəqəsində Nicat İbrahim Bəhmən Əliyevi aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb. O, polis tərəfindən saxlanılıb.

Nicat İbrahimə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələriylə yekun ittiham elan olunub.


SON XƏBƏRLƏR