Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi sosial şəbəkədə Qarabağın dirçəlişində iştirak edən, peşə təhsili üzrə azad edilən ərazilərdə çalışan şəxslərlə bağlı paylaşım edib.
Bu barədə Bakıvaxtı.az-a nazirlikdən bildirilib. Paylaşımda deyilir ki, peşə təhsili alaraq azad edilən ərazilərdə çalışan şəxslərdən biri də Bərdə rayon sakini olan Toğrul Dadaşzadədir. O, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra, Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir:
“Bu, sadəcə, bir gəncin uğur hekayəsi deyil, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır. Sən də yolunu peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt”.