• Bakı 21° C

    0.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

"5 il əvvəl kiməsə desəydim, xəyal kimi qəbul olunardı" - Hikmət Hacıyev

SİYASƏT

23 May 2025 | 20:59

5 il əvvəl kiməsə desəydim, xəyal kimi qəbul olunardı - Hikmət Hacıyev

"Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

"Bu gün bu görüntü reallığa çevrilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Koordinasiya Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq", - deyə Hikmət Hacıyev qeyd edib.


SON XƏBƏRLƏR

23 May 2025