• Bakı 19° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Ceyhun Bayramov: Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək

SİYASƏT

21 Iyun 2025 | 20:57

Ceyhun Bayramov: Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək

 Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə deyib.

Görüşdə Azərbaycanın Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərar olunmasını dəstəklədiyi bildirilib, bu xüsusda Suriyanın bərpası prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin, Suriyaya qarşı tətbiq olunan birtərəfli sanksiyaların ləğv olunması təqdir olunub və bu kimi tədbirlərin ölkənin bərpası və regional inteqrasiyasına dəstək verəcəyi qeyd edilib.


SON XƏBƏRLƏR

21 Iyun 2025