• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Sabiq nazir müavini üç ay sonra vəzifəsindən getdi

SİYASƏT

21 Iyul 2025 | 17:32

Sabiq nazir müavini üç ay sonra vəzifəsindən getdi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin (publik hüquqi şəxs) direktoru yenidən dəyişib.

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrlə Cavid Məhərrəm oğlu Səfərov sözügedən qurumun rəhbəri təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində işləmiş Bədəl Fizuli oğlu Həsənov Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə gətirilmişdi.

Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində işləyib.


SON XƏBƏRLƏR