• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR

SİYASƏT

23 May 2025 | 18:25 | Müəllif: Subhan Mahmudov

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətinə və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Türkiyə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində, həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət edib.
Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.


Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLARAzərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026