• Bakı 14° C

    5.81 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Azərbaycan XİN başçısı: Bakı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən narahatdır

SİYASƏT

21 Iyun 2025 | 18:45

Azərbaycan XİN başçısı: Bakı Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən narahatdır

Azərbaycan Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən, o cümlədən qonşu İrana qarşı hərbi əməliyyatlardan narahatdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında bildirib.

XİN başçısı vurğulayıb ki, Bakı beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırır.

Nazir, həmçinin Suriyadakı humanitar vəziyyətə toxunaraq, beynəlxalq ictimaiyyətin regionda bərpa və reinteqrasiya addımlarını dəstəkləməsinin vacibliyini vurğulayıb.


SON XƏBƏRLƏR

05 Dekabr 2025