Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşündə deyib.
Ərdoğan qeyd edib ki, İstanbulda keçirilən danışıqlarda əsir mübadiləsi kimi məsələlərin gündəmə gətirilməsi etimad mühitinin yaradılması üçün vacibdir.