• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini AÇIQLADI

DÜNYA

22 Iyun 2025 | 18:28 | Müəllif: Subhan Mahmudov

Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini AÇIQLADI

İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir.

Bakıvaxtı.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi ABŞ-nin respublikanın nüvə obyektlərinə gecə endirdiyi zərbələri şərh edərkən deyib.

“Əvvəllər belə hallar olub ki, əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırmışıq. Təbii ki, bu sənaye bundan sonra da inkişaf etməlidir və onun inkişafı dayanmayacaq”, - Kamalvəndi bildirib.

Təşkilat nümayəndəsi vurğulayıb ki, ölkənin nüvə sənayesini tamamilə məhv etmək mümkün deyil:

“Onlar (ABŞ – red.) anlamalıdırlar ki, nüvə sənayesi ölkəmizdə dərin kök salıb və bu milli sənayenin kökünü qoparmaq mümkün deyil”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026