"Liverpul" klubu "Bayer"in futbolçusu Florian Virtsi transfer etməyə yaxındır.
Bakıvaxtı.az xəbər verir ki, almaniyalı futbolçu seçimini edib və Mersisayd təmsilçisinə qoşulmaq istəyir. "Bavariya" da onunla maraqlansa da, onun seçimi "qırmızılar" olub.
Bu barədə xarici mətbuat məlumat yayıb.
"Liverpul" Virts üçün Leverkuzen klubuna 150 milyon avro ödəyəcək. Bu, klub tarixinin ən bahalı transferi olacaq.