• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İran-ABŞ danışıqlarının beşinci raundu başladı

DÜNYA

23 May 2025 | 16:02

İran-ABŞ danışıqlarının beşinci raundu başladı

​​​​​İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Danışıqlar Omanın Romadakı səfirliyində keçirilir.

Qeyd edək ki, İran-ABŞ danışıqlarının əvvəlki raundları İtaliya və Omanda keçirilib.

Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

    İran-ABŞ danışıqlarının 4-cü raundundan sonra Stiv Uitkoff bildirib ki, ABŞ İranda uranın bir faiz belə zənginləşdirilməsini qəbul etməyəcək. İran XİN rəhbəri Abbas Araqçi buna cavab olaraq bildirib ki, razılıq əldə olunub-olunmasa da, uranın zənginləşdirilməsinə dəfələrlə qadağa qoyulmasına baxmayaraq, Tehran bu prosesi davam etdirəcək.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2026