• Bakı 20° C

    1.49 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Palata büdcənin icrası haqqında qanun layihəsinə rəy verib

İQTİSADİYYAT

23 May 2025 | 15:23

Palata büdcənin icrası haqqında qanun layihəsinə rəy verib

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib. 

Bakıvaxtı.az bu barədə Palataya istinadən xəbər verir. 

Məlumata görə, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a qurumun rəyi müzakirə edilərək təsdiqlənib və Milli Məclisə göndərilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, iclasda Hesablama Palatasının fəaliyyəti ilə bağlı gündəlikdə dayanan digər məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. 


SON XƏBƏRLƏR