• Bakı 26° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Mirasdan imtina etməmək mirası qəbul etmək hesab olunacaq

CƏMİYYƏT

23 May 2025 | 12:39

Mirasdan imtina etməmək mirası qəbul etmək hesab olunacaq

Mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.

Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Iyul 2025