• Bakı 19° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Bir neçə müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

CƏMİYYƏT

21 Iyun 2025 | 22:28

Bir neçə müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İyunun 24-ü saat 09:00-dan 26 iyun saat 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron-Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Abşeron-Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə təşkil ediləcək.


SON XƏBƏRLƏR

21 Iyun 2025