• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Azərbaycanlı məktəblilər Tacikistanda uğur qazandılar

CƏMİYYƏT

21 Iyul 2025 | 17:06

Azərbaycanlı məktəblilər Tacikistanda uğur qazandılar

Azərbaycan məktəbliləri Tacikistanda beynəlxalq yol hərəkəti tədbirində uğurla çıxış ediblər.

Bakıvaxtı.az xəbər verir ki, 2025-ci il 15–19 iyul tarixlərində Tacikistan Respublikasının Gülüstan şəhərində “Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması” mövzusunda elmi-praktik konfrans və “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq tədbir keçirilib.

Azərbaycanı bu beynəlxalq platformada Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Quliyev, baş inspektor, polis baş leytenantı Elvin Hacıyev, həmçinin Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi ilə şagirdlərdən ibarət nümayəndə heyəti təmsil edib.

Konfransda yol hərəkətinin müxtəlif iştirakçılarında, xüsusilə uşaqlarda yol hərəkəti təhlükəsizliyi sahəsində bilik və bacarıqların formalaşdırılması, tədris metodlarının təkmilləşdirilməsi və ölkələrarası təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

“Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq tədbir çərçivəsində isə iştirakçılar müxtəlif nominasiyalar üzrə yarışaraq yol hərəkəti qaydaları, təhlükəsizlik üzrə praktik vərdişlər, komanda işi və digər sahələrdə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, Azərbaycan nümayəndə heyəti uğurlu çıxış edərək yüksək nəticə göstərib və beynəlxalq tədbirdə ölkəmizi layiqincə təmsil edib.


SON XƏBƏRLƏR