Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.
Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.