• Bakı 21° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır

HADİSƏ

23 May 2025 | 13:08

AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev Senatda bildirib.

"Birinci mərhələ materialların toplanması idi, o başa çatıb. İndi ikinci mərhələdir - toplanmış materialların tədqiqatı gedir. İndi araşdırma mərhələsindəyik. Araşdırma çərçivəsində bizim mütəxəssislərimiz cəlb edilmiş xarici mütəxəssislərlə və həmçinin ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar", - M.Karabayev qeyd edib.

Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.


SON XƏBƏRLƏR