Xarici İşlər Nazirliyi tərəfindən diplomatik passport verilən şəxslərin siyahısı genişləndirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Pasportlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri də diplomatik pasport əldə edə biləcəklər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Mina Mikayılova