• Bakı 18° C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Ceyhun Bayramov malayziyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

SİYASƏT

21 Iyun 2025 | 18:18

Ceyhun Bayramov malayziyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Malayziyanın xarici işlər naziri Mohamad Hasan ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri, Yaxın Şərqdə vəziyyət və İsrail-İran qarşıdurması müzakirə olunub.

Nazirlər siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, təhsil, energetika, yüksək texnologiyalar və turizm sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıblar. Bu yaxınlarda Xarici İşlər Nazirlikləri arasında aparılmış siyasi məsləhəyləşlərin münasibətlərin inkişafına töhfəsi məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Malayziya arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsində mövcud əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Ölkəmizin inkişaf etməkdə olan səkkiz ölkəni birləşdirən D-8 təşkilatına üzvlüyə qəbul olunmasının əhəmiyyəti xüsusilə vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

17:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində malayziyalı həmkarı Məhəmməd Hacı Həsan (Mohamad Haji Hasan) ilə İsrail-İran qarşıdurmasını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlığın inkişafı və İsrail-İran gərginliyindən sonra regional təhlükəsizlik vəziyyəti barədə fikir mübadiləsi aparıb.

"Xarici işlər nazirləri Azərbaycan və Malayziya arasında güclü tərəfdaşlıqdan məmnunluq ifadə ediblər. Müzakirələr siyasi dialoqun genişləndirilməsi, ticarət və iqtisadi əlaqələrin şaxələndirilməsi, enerji, təhsil, turizm və rəqəmsal innovasiya sahələrində imkanların araşdırılmasını əhatə edib",- məlumatda qeyd olunub.

 


SON XƏBƏRLƏR