Rusiyanın Oryol vilayətində “Mi-8” helikopteri qəzaya uğrayıb, ekipaj həlak olub.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.
Qəzanın ilkin səbəbi texniki nasazlıq olub.
***
16:35
Rusiyanın Oryol vilayətində helikopter qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.
Helikopter Narışkino qəsəbəsi yaxınlığında tərk edilmiş kimya müəssisəsinin ərazisinə düşüb.
"Mash Telegram" kanalının məlumatına görə, qəzaya uğrayan Mi-8 helikopterinin göyərtəsində pilot və bort mexaniki olub.