• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bakının mərkəzində maşın yandı - VİDEO

HADİSƏ

23 May 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Bakının mərkəzində maşın yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Ü.Hacıbəyli  küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “AUDİ” markalı minik avtomobilinin salonunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsi və salonu yanıb. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026