• Bakı 20° C

    1.49 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Sabiq ETSN əməkdaşları azadlığa buraxıldı

CƏMİYYƏT

23 May 2025 | 12:52

Sabiq ETSN əməkdaşları azadlığa buraxıldı

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin rüşvət almaqda təqsirləndirilən sabiq direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin barələrindəki hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, onların kassasiya şikyaəti təmin edilib. Təqsirləndirilən şəxslərə verilən cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi təbliğ olunmaqla şərti hesab olunub və onlar azadlığa buraxılıb.

    Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İlqar Qəribova 8 il 6 ay, digər təqsirləndirilən şəxslərə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun əməkdaşları ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlayaraq həyata keçiriblər.

    Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olub.

    Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülüb.

    Araşdırmalarla məlum olub ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.

    Keçirilən əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub.

    Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

    Onlara Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.


    SON XƏBƏRLƏR