Fransanın xarici işlər naziri Jan-Noel Barrot mayın 26-da Ermənistana rəsmi səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Jan-Noel Barrot arasında görüş, ardınca isə mətbuat konfransı keçiriləcək.
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri İrəvan dialoqu tədbiri çərçivəsində panel müzakirəsində də iştirak edəcək.