• Bakı 20° C

    1.49 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Məhkəmə Elnur Şükürovla bağlı qərar verdi

CƏMİYYƏT

23 May 2025 | 17:55

Məhkəmə Elnur Şükürovla bağlı qərar verdi

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciətinə baxılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, müraciət təmin olunmayıb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elnur Şükürov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəzanı 3 ilə endirib.

    Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR