ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində kiçik təyyarə yaşayış məntəqəsinə çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər həlak olub.
Qəza ilə bağlı mətbuat konfransı keçirən San Dieqo Yanğınsöndürmə İdarəsinin rəsmiləri qəza zamanı havada dumanın çox qalın olduğunu bildiriblər.
San Dieqo Yanğınsöndürmə İdarəsinin rəis köməkçisi Den Eddi kiçik təyyarədəki sərnişinlərin sayının bilinmədiyini qeyd edib.
Əli Hüseynov