Qəzzada ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində xəstəxanalarda 60 nəfərin öldüyü, 185 nəfərin yaralandığı bildirilib.
7 oktyabr 2023-cü il tarixindən etibarən Zolaqda həyata keçirilən hücumlarda həyatını itirənlərin sayı 53 min 822 nəfərə, yaralıların sayı isə 122 min 382 nəfərə yüksəlib.
Nuriyyə Musayeva