Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusdan sağalıb.
Bakıvaxtı.az xəbər verir ki, o, ötən gün Neftçala rayonunda keçirilən tədbirdə iştirak edib.
Tədbir 22 may - Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr olunub.
Qeyd edək ki, ötən hətə naziri koronavirusa (COVID-19) yoluxduğu barədə xəbərlər yayılıb. Nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib. Testin nəticəsi müsbət çıxıb.