Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O qeyd edib ki, Avropa İttifaqına inteqrasiya prosesində ölkə iki fərqli yanaşma ilə üzləşir – biri faktiki və obyektiv qiymətləndirməyə əsaslanan texniki tərəf, digəri isə siyasi maraqların diktə etdiyi təzyiqlərdir.
"Avropa Komissiyasının və digər beynəlxalq təşkilatların rəsmi sənədlərinə əsasən, Gürcüstan bir çox digər namizəd ölkələr – o cümlədən Ukrayna, Moldova və Bosniya-Herseqovinadan daha irəlidədir. Buna baxmayaraq, bəzi Avropa siyasi dairələrinin ölkəyə qarşı qərəzli münasibəti davam edir. Gürcüstanın Avropa inteqrasiyası iki ölçüdə baş verir – texniki səviyyədə biz irəlidəyik, bu, sənədlərlə sübut olunur", - deyə Papuaşvili qeyd edib.
Ş.Papuaşvili əlavə edib ki, bu xarici qüvvələrin Gürcüstandakı əsas müttəfiqləri radikal müxalifət – xüsusilə “Vahid Milli Hərəkat” və ona yaxın qruplardır:
"Avropa İttifaqı ilə inteqrasiya Gürcüstanın strateji məqsədidir, lakin bu proses kənardan siyasi təzyiq və qeyri-obyektiv yanaşmalarla pozulmamalıdır".