• Bakı 20° C

    1.49 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Rusiya Odessa limanını vurub - ölən və yaralananlar var

DÜNYA

23 May 2025 | 18:00

Rusiya Odessa limanını vurub - ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Odessa limanına raket zərbəsi endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i ölkənin baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Aleksey Kulebanın sosial şəbəkələrdəki bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində liman işçisi həlak olub.

Müəssisənin mülki işçiləri olan səkkiz nəfər isə yaralanıb.

"Onlardan dördünün vəziyyəti ağırdır", - nazir bildirib.

Bundan başqa, hücum nəticəsində maşın şöbəsi zədələnib, nəqliyyat vasitələri isə məhv edilib.


SON XƏBƏRLƏR