• Bakı 18° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Bakı innovasiya reytinqində "İlin şəhəri" seçilib

İQTİSADİYYAT

23 May 2025 | 17:27

Bakı innovasiya reytinqində İlin şəhəri seçilib

“StartupBlink” tərəfindən açıqlanan 2025-ci il üzrə "Qlobal Startap Ekosistemi İndeksi"ndə paytaxtımız mühüm uğura imza ataraq Mərkəzi Asiyada innovasiya lideri olub və “İlin şəhəri” mükafatına layiq görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

    Elektron kommersiya, təhsil, sosial-əyləncə və pərakəndə satış sahələrində tətbiq olunan innovativ texnologiyalar Bakının fərqlənməsində mühüm rol oynayıb.

    Bakı eyni zamanda tədbirlər, logistika, səyahət, onlayn bazarlar və SaaS xidmətləri üzrə də ilk 100-lükdə yer alıb.


    SON XƏBƏRLƏR