• Bakı 21° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınacaq

CƏMİYYƏT

23 May 2025 | 12:33

Hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınacaq

Hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınacaq.

Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadan başlandığı halda, borclunun iflas prosesinin başlanması barədə qərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasında başlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 15 gündən gec olmayaraq ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflas prosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elan olunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhür təqdim olunmalıdır.

Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi ilə yekunlaşmadıqda iflas prosesinə xitam verilmə tarixindən 15 gün müddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərar və üzərində “iflas prosesində olan” yazılmış möhür təqdim olunmaqla, həmin fakt qeydiyyata alınacaq.

Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində bu qanunda nəzərdə tutulmuş sənədlərlə və səhmdar cəmiyyətlərinə münasibətdə Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində “iflas prosesində olan” yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Mina Mikayılova


SON XƏBƏRLƏR