Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik passport verilsin.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa “Pasportlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərinə diplomatik pasportların verilməsini dəstəkləyirəm. Onlar tez-tez xarici ölkələrə gedir, ölkəmizi təmsil edirlər”.
Millət vəkili qeyd edib ki, bu məsələlər tənzimlənəndə ümumi baxılmalıdır.
“MSK-da heç kim üçün imtiyaz nəzərdə tutulmayıb. Bu qurum sadəcə sədrdən ibarət deyil. Sədrdən başqa, müavin və katiblərə də diplomatik passportlar verilməlidir",-millət vəkili nqeyd edib.
Mina Mikayılova