• Bakı 21° C

    0.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

I Napoleonun qılıncı hərracda yüksək qiymətə satıldı

DÜNYA

23 May 2025 | 23:20

I Napoleonun qılıncı hərracda yüksək qiymətə satıldı

Fransa imperatoru I Napoleonun qılıncı hərracda 4,7 milyon avroya satılıb.

Bakıvaxtı.az xəbər verir ki, Parisdə “Giquello” hərrac evinin keçirdiyi hərracda qılıncın 700 min - 1 milyon civarında satılacağı proqnozlaşdırılsa da, gözləntiləri alt-üst edib.

1802-ci ildə Napoleon Fransız Respublikasının birinci konsulu olduqdan sonra şəxsi istifadəsi üçün Versal istehsalat müəssisəsinin rəhbəri Nikola-Noel Buteyə xüsusi qılınc sifariş edib.

Hərrac evi qeyd edir ki, Napoleon imperator taxtına çıxdıqdan sonra da bu silahı hakimiyyətinin sonuna qədər saxlayıb.

Qeyd edək ki, I Napoleonun 1800-cü ildə İtaliyada Marenqo döyüşü zamanı istifadə etdiyi qılıncı isə 2007-ci ildə 4.8 milyon avroya satılmışdı./Kult.az


SON XƏBƏRLƏR

23 May 2025