• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Veteran cüdoçularımız 3 qızıl medal qazandılar

İDMAN

24 May 2025 | 00:29 | Müəllif: Subhan Mahmudov

Veteran cüdoçularımız 3 qızıl medal qazandılar

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 bürünc medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib çıxıb.

Hazırda yığma 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026